CƏMİYYƏT


“Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda tədbir kecirilib VİDEO

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı iki ay davam edəcək layihə barədə ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində rayonlarda qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün təşviqat aparılması planlaşdırılır. Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün ənənə və böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, 2015-ci ilin statistikasına görə, kənd təsərrüfatında muzdla işləyən qadınların sayı 9733 nəfərdir.

Layihə çərçivəsində Bərdə, Tərtər, Salyan, Neftçala, Masallı, Ucar və digər rayonlarda fəaliyyət göstərən fermer qadınların çətinlikləri araşdırılıb.

Milli Məclisin deputatı Fəzail Ağamalı çıxış edərək Azərbaycanda qanunvericilikdə və real həyatda gender bərabərliyinin qorunduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Çingiz Qənizadə isə deyib: “Qadınlara ilk dəfə status verən, onların seçib-seçilmək hüququnu tanıyan dövlətik və bu ənənəni də yaşatmalıyıq. Qadınların siyasi aktivliyi şəhərdə daha çoxdur. Amma təəssüf ki, kənd yerlərində bu aktivliyi müşahidə edə bilmirik. Bu, daha çox mövhumatçılıqla bağlıdır. Gələcəkdə bu baxımdan maariflənməyə ehtiyac var”.

Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri çıxış edərək layihə barədə fikirlərini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.