CƏMİYYƏT


Qadınların zorakılığa məruz qalmaması üçün bir çox tədbirlər görülməlidir VİDEO

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Qadınların zorakılığa məruz qalmaması üçün bir çox tədbirlər görülməlidir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessa jurnalistlərə müsahibəsində bildirib.

Qeyd edib ki, zorakılıqla bağlı Azərbaycan hökumətinin gördüyü bütün işləri alqışlayır. Qadınlara qarşı zorakılığın bütün hallarının qarşısını almaq üçün “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı layihəsinin həyata keçirilməsində BMT Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə böyük dəstək verib. O, bu ikiillik layihənin uğurla həyata keçiriləcəyini deyərək, əlavə edib: “Biz bu layihəyə böyük ümidlər bəsləyirik və inanırıq ki, qarşılıqlı əməkdaşlıq nəticəsində gender əsaslı zorakılığın qarşısının alınmasında, bu sahədə qurumlararası əməkdaşlığın təkmilləşdirilməsində müsbət nəticələr əldə edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.