CƏMİYYƏT
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb
Bakı, 8 iyul, AZƏRTAC
Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 20-40, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-90 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. İyulun 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 235 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 12 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 193 kubmetr təşkil edir.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 322, Salyanda 82, Bankədə 176, Novruzlu məntəqəsində isə 40 santimetrdir.