CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma qeydə alınıb

Bakı, 31 iyul, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 10-50, Lənkəran-Astara bölgəsi və Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 96 kubmetr olmaqla, ongünlük normanın 63 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 13 kubmetr olmaqla, ongünlük normanın 15 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 98 kubmetr təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 4, Araz çayının Novruzlu məntəqəsində 1 santimetr azalma, Salyanda 3, Bankədə 15 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 346, Şirvanda 203, Salyanda 136, Bankədə 196, Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetr təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.