CƏMİYYƏT


Qanunsuz ovun qarşısının alınması məqsədilə reyd keçirilib

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Respublika ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən bir neçə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son üç gün ərzində keçirilən tədbirlər zamanı Neftçala rayonunun Şirvanlı qəsəbəsində Bakı şəhər sakini Şövqü İlyasov, Salyan rayonunun Xələc kəndində rayon sakinləri Zaur Abdullayev və Mirağa Axundov, İmişli rayonu ərazisində Bakı şəhər sakini İsrafil İsmayılov, Sabirabad rayon sakini Şahin Ağayev və Allahmədətli kənd sakini Maarif Rəhimov saxlanıblar.

Qanunsuz ovla məşğul olan şəxslərdən ümumilikdə 6 ov silahı, o cümlədən hərəsindən bir ədəd olmaqla, “Tulip”, “Baettihsoli”, “MR-153” və üç ədəd “İJ-58” markalı silah götürülüb.

Ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati məsuliyyətə cəlb ediliblər.

Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.