CƏMİYYƏT
Qar örtüyünün hündürlüyü Şahdağda 20 santimetr təşkil edib
Bakı, 18 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçib, bəzi yerlərdə intensiv olub.
Yağıntının miqdarı Böyük Qafqazda 2-26, Bakıda və Abşeron yarımadasında 1-5 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Şahdağda 20, Daşkəsəndə 5, Sarıbaş, Gədəbəydə 4, Xınalıq, Göygöldə 2, Qubada və Qubanın dağlıq ərazilərində 1-7 santimetr olub.
Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda saniyədə 20-25 metr təşkil edib, bəzi yerlərdə arabir saniyədə 28 metrədək güclənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]