CƏMİYYƏT


Qar örtüyünün hündürlüyü Tovuzda 55 santimetr təşkil edib

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 1-i gündüzdən 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında və Naxçıvan Muxtar Respublikasında 1-11, Böyük Qafqazda 1-15, Qazax-Gəncə zonasında 2-29, Mərkəzi Aran rayonlarında 2-13, Kiçik Qafqazda 28-44, Bakıda və Abşeron yarımadasında 1-9 millimetr olub.

Qar örtüyünün hündürlüyü Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Göygöldə 8, Xaldanda və Çaykənddə 2, Qubanın dağlıq ərazilərində - Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 santimetr təşkil edib.

Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.