REGİONLAR
Qar uçqunu səbəbindən Quba-Xınalıq yolunu bağlanıb VİDEO
Quba, 17 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 17-si səhər saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Nəticədə həmin istiqamətdə yerləşən 6 kəndlə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
AZƏRTAC xəbər verir ki, qar uçqunu Quba-Xınalıq yolunun 37-ci kilometrliyində qeydə alınıb. Bu ərazidə uçqun nəticəsində yola bir neçə metr hündürlüyündə qar tökülüb.
“Azəravtoyol” ASC-nin yerli qurumunun işçi qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yol qardan təmizlənir.
Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:58]
Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıta səfərdə olub
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]