İDMAN


“Qarabağ” Gürcüstan klubları ilə qarşılaşacaq

Bakı, 27 may, AZƏRTAC

“Qarabağ”ın 11 yaşadək futbolçulardan ibarət komandası Tbilisidə təşkil olunan Nodar Axalkatsinin xatirəsinə beynəlxalq turnirdə iştirak edir.

AZƏRTAC kluba istinadla xəbər verir ki, iyunun 2-dək davam edəcək yarışda komandamız “A” qrupunda Gürcüstanın “İveriya”, “Olimpik” və “Champion” klubları ilə qarşılaşacaq.

“Qarabağ” ilk oyununu “İveriya” komandasına qarşı keçirəcək. Görüşlər Tbilisi “Dinamo”su akademiyasının meydançalarında oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.