Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qarabağ bölgəsinə ekskursiya məktəblilərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır VİDEO

Ağdam, 15 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Qarabağ bölgəsinə ekskursiya edən Nərimanov və Qaradağ rayonlarının ümumtəhsil məktəblilərinin IX-XI sinif şagirdləri noyabrın 15-də Ağdam rayonuna gəliblər.

AZƏRTAC xəbər verir ki, rayonun girişində məktəbliləri ictimaiyyətin nümayəndələri qarşılayıblar. Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov rayonun tarixi, coğrafi mövqeyi, mədəniyyəti, müharibə nəticəsində dəymiş ziyan, son illərdə həyata keçirilən sosial-iqtisadi inkişaf barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 77,4 faizini - bir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə talan edib, dağıdıb və yandırıbdır. Rayon ərazisindəki mədəniyyət və memarlıq abidələri də erməni vandalizminin qurbanına çevrilib. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qeyd olunub ki, Ağdam rayonunun işğal olunmayan ərazilərinin inkişafı ilə bağlı son illərdə böyük işlər görülüb. Sosial obyektlər, məktəblər, Olimpiya İdman Kompleksi, rayon xəstəxanası, doğum evi, uşaq xəstəxanası tikilib, məcburi köçkünlər üçün 18 yeni qəsəbə salınıb, yollar yenidən qurulub, infrastruktur layihələri həyata keçirilib.

Məktəblilər Şəhidlər abidə kompleksini ziyarət etdikdən sonra Quzanlı qəsəbəsinə gəliblər. Heydər Əliyev Parkında torpaqlarımızın müdafiəsində dayanan hərbçilərlə görüş məktəblilərin vətənpərvərlik hisslərinin yüksəldilməsi baxımından əhəmiyyətli olub. Bildirilib ki, gündən-günə qüdrətlənən Azərbaycan ordusu torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanıb. Ordumuz işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır.

Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüb, Ağdam Dram Teatrında rayonda fəaliyyət göstərən “Şur” ansamblının konsertinə baxıblar. Məlumat verilib ki, “Şur” ansamblı nəinki Ağdam rayonunda, eləcə də respublikamızın digər bölgələrində, həmçinin keçmiş SSRİ məkanında konsert proqramları ilə çıxış edib, muğam, təsnif və xalq mahnılarımızın gözəl ifası ilə böyük rəğbət qazanıb. Muğam və xalq mahnılarımızın mahir ifaçıları Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Məmmədova, Aygün Bayramova, Cabir Abdullayev, Feyruz Səxavət, Əbülfət Əliyev, Qədir Rüstəmov, Şahmalı Kürdoğlu, Səxavət Məmmədov və digər xanəndələr böyük səhnəyə “Şur” ansamblından gəliblər. Qeyd olunub ki, Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra 20 ilə yaxın bir müddətdə fəaliyyətsiz qalan “Şur” ansamblı bir neçə ildir öz fəaliyyətini yenidən bərpa edib.

Şagirdlərə uşaq xor kollektivlərinin konsertinin və Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş disk təqdim edilib.

Şagirdlər ekskursiyanı məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində fəaliyyət göstərən Qiyaslı kənd uşaq musiqi məktəbində davam etdiriblər. Məktəbin xor kollektivinin ifası onlarda xoş ovqat bəxş edib. Qonaqlar burada ağdamlı məktəblilərlə birgə xatirə şəkli çəkdiriblər.

Daha sonra Çəmənli kəndinə gələn tur-aksiya iştirakçıları Qarabağın tanınmış seyidlərindən olan Seyid Lazım Ağanın məqbərəsini ziyarət ediblər.

Qrup rəhbəri Niyazi Əliyev AZƏRTAC-a müsahibəsində deyib: “Şagirdlər səfər zamanı böyük bir hissəsi işğal altında olan Füzuli və Ağdam rayonları haqqında geniş məlumat aldılar. Cəbhə bölgəsində yaşayan insanlarla təmasda oldular, Vətənimizin keşiyində dayanan hərbçilərlə görüşdülər, Bayraq Meydanı və Şəhidlər abidə kompleksini ziyarət etdilər. Tur-aksiya şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq”.

Nərimanov rayonunda yerləşən 202 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nilufər Mirzəzadə səfər təəssüratlarını belə ifadə edib: “Ölkəmizi tanıyaq” layihəsində iştirak etdiyimə görə çox sevinirəm. Azərbaycanın bir sıra yerlərində olsam da, Qarabağ bölgəsində olmamışdım. Ölkəmizin bütün regionları kimi, cəbhə bölgəsində yerləşən rayonların da sürətli inkişafı, burada əhalinin Vətən sevgisi, heç nədən qorxmadan, qurub-yaratmaq eşqi ilə yaşaması Azərbaycan gənci kimi məni çox sevindirdi. Biz məktəblilərə ölkənin müxtəlif regionlarına səyahət etmək imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: “Heydər Əliyev şəkillərdə”

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Bu ayın sonunadək Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi hazır olacaq

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb