REGİONLAR


Qarğabazar muzeyi ziyarətçilərin marağına səbəb olur

Füzuli, 26 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Horadiz şəhərindəki Muğam Mərkəzində fəaliyyət göstərən Qarğabazar muzeyi füzulililərin və rayonun qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. Burada Füzuli rayonun ən qədim yaşayış məskənlərindən olan Qarğabazar kəndinin tarixi, abidələri, görkəmli şəxsləri barədə foto və məlumatlar, kitablar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əşyalar sərgilənir.

Muzeyin direktoru Nərminə Həmidova AZƏRTAC-a bildirib ki, Füzuli rayonunun Qarğabazar kəndi qədim tarixi, memarlıq abidələri və görkəmli ziyalıları ilə tanınır. Kənddə aşkar edilmiş eradan əvvəl II əsr - bizim eranın II əsrinə aid küp qəbirlər Qarğabazarın qədim yaşayış yeri olduğunu göstərir. Kənddə XVII əsrə aid Karvansara, Şah Abbas məscidi, hamam, XVIII və XIX əsrlərə aid türbələr, qədim kəhriz və sair var. Karvan yolu üzərində yerləşən kənddə sənətkarlıq və ticarət geniş inkişaf etmişdi.

Qarğabazar kəndində ilk məktəb 1883-cü ildən, məktəbdə qızlar bölməsi isə 1911-ci ildən fəaliyyət göstərməyə başlayıb. Görkəmli maarif xadimi Pənah Qasımov, ictimai-siyasi xadimlər Xanlar Səfərəliyev, Bünyad Sərdarov, professor Bahadur Eyvazov, akademik İbrahim İbrahimov Qarğabazar kənd məktəbinin məzunlarıdır.

Muzey ziyarətçilərdə Qarğabazar kəndi haqqında geniş məlumat yaratmaqla, onların böyük marağına səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.