REGİONLAR


Qazax Dövlət Dram Teatrında “Bəxtsiz cavan” tamaşasının premyerası olub

Qazax, 12 iyun, Famil Quliyev, AZƏRTAC

Qazax Dövlət Dram Teatrında yazıçı-dramaturq Ə.Haqverdiyevin “Bəxtsiz cavan” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin rejissoru Allahverdi Musayev, rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Aybəniz Qurbanovadır. Rollarda Hacı Hacıyev, Yusif Qoca, Səyalı İsmayılova və digərləri çıxış ediblər.

Tamaşanın qəhrəmanı təhsilli, xalqına fayda vermək istəyən maarifçi gənc Fərhaddır. O, nadanlığın, cəhalətin, məhdud dünyagörüşün əleyhinə olaraq savadsız insanların gözünü açmaq, elm və maarifi təbliğ etmək istəyir. Bu isə onunla əks mövqedə dayanan əmisi Hacı Səmədağanın xoşuna gəlmir.

Səhnə əsəri teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.