CƏMİYYƏT


Qazaxda yol kənarında top mərmisi aşkarlanıb

Bakı, 15 iyul, AZƏRTAC

Qazax rayonunun Fərəhli kəndində torpaq yolun kənarına baxış keçirilərkən 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar edilərək götürülüb, ümumilikdə 150 kvadratmetr ərazi yoxlanılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 1-dən iyulun15-dək agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonlarında, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində bir sıra ərazilərə və obyektlərə baxış keçirilib. Nəticədə 5 min 790 partlamamış hərbi sursat, tank əleyhinə 194 mina və piyada əleyhinə 30 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 4 milyon 688 min 592 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.