İDMAN
“Qəbələ” komandası “Qarabağ”la hazırlıq oyununda qarşılaşacaq
Bakı, 9 oktyabr, AZƏRTAC
Topaz Premyer Liqasının yeddinci turunda “Xəzər Lənkəran”la oyunundan sonra üçgünlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verib.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar”ın axşam məşqi Qəbələ şəhər stadionunda təşkil edilib. Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı keçirəcək baş məşqçi Roman Qriqorçukun yetirmələri milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə hazırlıq görüşündə də qüvvəsini sınayacaq.
Azərbaycan Avroliqa yarışlarında da təmsil edən komanda oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ şəhər stadionunda oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [17:17]
Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək
- 10.05.2024 [16:41]
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
- 10.05.2024 [16:25]
Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]