İDMAN


“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb

Bakı, 2 yanvar, AZƏRTAC

“Qəbələ” futbol klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevlə 2 illik müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində yerli klublardan yalnız “Neftçi”nin heyətində çıxış edib. A.Abdullayev məhz 2008-2011 və 2012-2016-cı illərdə “ağ-qaralar”ın formasını geyinib. 2011-2012-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısında Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış A.Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, əsas yığmada 20 oyun keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.