İDMAN


“Qələbədən qələbəyə” adlı atıcılıq turniri başa çatıb

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin aprel döyüşlərinə həsr olunana “Qələbədən qələbəyə” adlı atıcılıq turnirinin final mərhələsi və bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən komandalar əvvəlcə təhlükəsizlik qaydaları barədə təlimatlandırılıb və atıcılıq turnirinin finalına start verilib. Turnirdə hər biri 4 nəfərdən ibarət olan 13 komanda 3 mərhələdə mübarizə aparıb. Turnirin sonunda Abşeron rayon təmsilçiləri 1-ci, Xətai rayon komandası 2-ci, Sumqayıt şəhər komandası isə 3-cü yeri tutublar. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.