CƏMİYYƏT


“Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu” mövzusunda seminar keçirilib

Bakı, 6 iyul, Əziz Məmmədov, AZƏRTAC

İyulun 6-da İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu” mövzusunda seminar keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Ceyhun Məmmədov vurğulayıb ki, seminar “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın 9.2.2-ci bəndinə və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planı”nın 4.2.-ci bəndinə əsasən keçirilir. İSİM-in fəaliyyətində medianın dəstəyinin böyük olduğunu və bu dəstəyin xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq ictimai maarifləndirmə sahəsində və xüsusilə qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikasında medianın əvəzsiz rolu vurğulandı.

Seminarda Əməkdar elm xadimi, akademik Ədilə Namazova “Qeyri-infeksion xəstəliklərin profilaktikasının uşaqlıq dövründə aparılmasının zəruriyyəti” barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra “Qeyri-infeksion xəstəliklərlə mübarizədə gənc nəslin bilik və bacarıqlarının artırılmasının vacibliyi” haqqında tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin kommunal və qidalanma gigiyenası kafedrasının professoru Maqsud Qasımov çıxış edib.

İnteraktiv formada davam edən seminarda “Dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü” barədə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin həkim-metodisti Lətafət Dadaşova və “Qeyri-infeksion xəstəliklərlərin profillaktikasında tütün problemi və bununla mübarizədə prioritet istiqamətlər” barədə İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təqdimat ediblər.

Qeyri-sağlam qidalanma və fiziki passivliyin qeyri-infeksion xəstəliklərlərin yaranmasında rolu haqqında İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Raisa Əhmədova media nümayəndələrinə ümumi məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda media nümayəndələrinə QİX mübarizə mövzusunda məqalələrin yazılmasında onlara yardımçı olacaq M.Qasımovun “Sağlam həyat tərzi uğrunda” və “Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdə pəhriz” kitabları paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.