CƏMİYYƏT


Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Bakı, 11 iyul, AZƏRTAC

Ölkə ərazisində yağıntılı, qeyri-sabit hava şəraiti iyulun 13-də günortaya kimi davam edəcək. Bakıda və Abşeron yarımadasında iyulun 13-də yağıntı gözlənilmir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

İyulun 13-dən sonra havanın yağmursuz olacağını bildirən G.Məmmədova yaxın 3 gün ərzində temperatur rejimində ciddi dəyişikliyin gözlənilmədiyini də vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.