CƏMİYYƏT


Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə təkrar müraciət edilib

A+ A

Bakı, 1 fevral, AZƏRTAC

Son 3 gündə aparılan müşahidələr göstərir ki, asfalt örtüyünün buz bağladığı vaxtlarda yolun hərəkət hissəsində qalmaqla başqa hərəkət iştirakçılarının, xüsusilə təcili tibbi yardım, qəza-xilasetmə və digər operativ nəqliyyat vasitələrinin də çağırış yerinə getməsinə mane olan avtomobillərin əksəriyyəti texniki cəhətdən nasaz olan, qış mövsümünə uyğun olmayan və protektorları yeyilmiş şinlərlə təchiz edilmiş nəqliyyat vasitələridir.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzalarının və əvvəldə qeyd olunan halların qarşısının alınması məqsədilə Baş İdarə sürücülərin bir daha diqqətinə çatdırır ki, şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə edilməməli, nəqliyyat vasitələrinin hərəkət sürəti hava şəraitinə uyğun seçilməli, zərurət olmadan ötmə əməliyyatları aparılmamalı, qəfil manevrlər və kəskin tormazlama hərəkətləri edilməməlidir. Əks təqdirdə idarə olunan nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla sürücü inzibati məsuliyyətə cəlb ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.