CƏMİYYƏT


Qırx növ meyvə bir ağacda

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Nyu-York Sirakuz İncəsənət Universitetinin müəllimi, rəssam və seleksiyaçı Sem Van Aken bir dəfə adi ağacı təkmilləşdirmək fikrinə düşür və yaz fəsli başlayanda ona müxtəlif meyvə pöhrələrini calaq edir. İlk eksperiment uğurlu alınır: pöhrələr tumurcuqlayır və getdikcə inkişaf edir, budaqlardan aşılmış meyvələrin sayı ildən-ilə artır. İndi bu qeyri-adi ağacda təxminən qırx növ çəyirdəkli meyvə yetişir.

AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, bu barədə National Geographic jurnalı yazıb.

Ağacı badam, ərik, şaftalı, gavalı, albalı, gilas, alma və armud kimi müxtəlif növ meyvələr bəzəyir. Mini-bağda hər bir meyvə ağacı müxtəlif vaxtlarda çiçək açır və demək olar ki, ilboyu bəhrə verir. İstənilən vaxtda bu ağacın üstündə müxtəlif çalarlı gül-çiçək olur.

Sem ilk eksperimentə 2008-ci ildə başlayıb. O vaxtdan bəri daha 16 hibrid ağac yetişdirib. Bu ağacları dünyada bir neçə şəhər parkında, Nyu-Yorkun muzey və iri ticarət mərkəzlərində görmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.