CƏMİYYƏT


Qızlar hər gün ev işlərinə oğlanlardan 160 milyon saat artıq vaxt sərf edirlər

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

5-14 yaşlı qızlar həmyaşıdları olan oğlanlarla müqayisədə gündəlik ev işlərinə və su, odun toplamağa 40 faiz daha çox vaxt və ya gündə 160 milyon saat daha artıq vaxt sərf edirlər. Bu rəqəmlər UNICEF-in 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə dair hesabatda dərc olunub.

AZƏRTAC UNICEF-in Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, ev işlərinin qeyri-mütənasib yüklənməsi erkən yaşda, 5-9 yaşlı qızların öz həmyaşıdları olan oğlanlarla müqayisədə 30 faiz daha çox vaxt və ya gündə 40 milyon saat daha artıq vaxt sərf etmələri ilə başlayır. Qızlar böyüdükcə, rəqəmlər də yüksəlir. Beləliklə, 10-14 yaşlı qızlar 50 faiz daha çox vaxt və ya gündə 120 milyon saat daha artıq vaxt sərf etməli olurlar.

“Haqqı ödənilməyən ev işləri ilə normadan artıq yükləmə erkən uşaqlıq dövründə başlayır və qızlar böyüdükcə intensivləşir” – UNICEF-in gender məsələləri üzrə baş məsləhətçisi Anju Malhotra belə deyir. Nəticədə, qızlar təhsil almaq, inkişaf etmək üçün vacib imkanları qurban verməli olurlar.

Hesabatda qeyd edilir ki, qızların işi daha az gözə çarpır və çox vaxt dəyərləndirilmir. Çox tez-tez belə hallara rast gəlinir ki, böyüklərin vəzifələri, məsələn, ailə üzvlərinin, o cümlədən digər uşaqların qayğısına qalma funksiyası qızların üzərinə yüklənir. Gündəlik ev işlərinə sərf edilən vaxt qızların oynamaq, yoldaşları ilə ünsiyyətdə olmaq, oxumaq və uşaqlığını yaşamaq üçün vaxtını məhdudlaşdırır. Bəzi ölkələrdə odun və su toplama işləri qızları cinsi zorakılıq riskinə məruz qoyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.