CƏMİYYƏT


Qlasier Milli Parkında 2030-cu ilə qədər böyük buzlaqlar tamamilə yox olacaq

A+ A

Bakı, 29 dekabr, AZƏRTAC

ABŞ-ın Qlasier Milli Parkı boz ayıların, dağ keçilərinin yaşadığı, füsunkar mənzərəyə malik dağlıq ərazidir. Lakin milli park iqlim dəyişiklərinin təsirindən risk altındadır.

AZƏRTAC Vəhşi Təbiəti Müdafiə Fondunun saytına istinadla xəbər verir ki, ABŞ Geoloji Xidmətin araşdırmasına görə, buradakı buzlaqların çox hissəsi yox olub. 1850-ci ildən buzlaqların sayı 150-dən 25-ə düşüb. 2030-cu ilə qədər parkın böyük buzlaqlarının tamamilə yox olacağı gözlənilir.

Xatırladaq ki, Qlasier Milli Parkı ABŞ-ın Montana ştatında Kanada ilə sərhəddə yerləşir. Əsası 1910-cu ildə qoyulan milli parkın sahəsi dörd min kvadrat kilometrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.