CƏMİYYƏT


Qreyfrut xərçəng əleyhinə təsirə malikdir

Bakı, 6 fevral, AZƏRTAC

Mədə-bağırsaq xəstəlikləri, mədə və mədəaltı vəz xərçəngi və yüksək təzyiqdən əziyyət çəkənlərin qreyfrutdan istifadə etmələri məsləhət görülür.

AZƏRTAC Pora.ru saytına istinadla xəbər verir ki, qreyfrut özünün faydalı xüsusiyyətlərinə görə gündəlik istifadə edilməsi vacib qidalar siyahısına aid edilir. Belə ki, bu meyvə maddələr mübadiləsini, həzm sistemini və qara ciyərin fəaliyyətini yaxşılaşdırır, bədəndə duzları əridir, qanda xolesterinin miqdarını aşağı salır, xərçəng əleyhinə təsirə malikdir, cavan qalmağa və uzunömürlülüyə kömək edir. Daha yaxşı təsir göstərməsi üçün qreyfrutun yeməkdən əvvəl dadılması məsləhət görülür.

Qeyd edək ki, 100 qram qreyfrutda 35 Kkal var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.