REGİONLAR


Qubada Milli Mətbuat Günü və “Şəfəq” qəzetinin 95 illik yubileyi qeyd olunub VİDEO

A+ A

Quba, 22 iyul, Elxan Yusifli, AZƏRTAC

Qubada 22 İyul - Milli Mətbuat Günü və rayonda nəşr olunan “Şəfəq” qəzetinin 95 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının inzibati binasında keçirilən mərasimdə yerli icra hakimiyyətinin rəhbər şəxsləri, “Şəfəq” qəzetinin kollektivi, regiondakı mətbuat və media qurumlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Yevda Abramov Azərbaycan Prezidentinin qayğısı sayəsində milli mətbuatımızın sürətlə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, dövrün nəbzini tutmağı bacaran, əsil həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran jurnalist kadrlar yetişib. Azərbaycan mətbuatının bir parçası olan “Şəfəq” qəzeti də rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən bütün yenilikləri, aparılan islahatları, görülən quruculuq işlərini oxuculara çatdırır.

Mərasimdə bildirilib ki, 141 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən hər ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib. Bu isə özünü bölgə nəşrlərinin timsalında da göstərir.

Diqqətə çatdırılıb ki, 1921-ci ilin aprel ayından müxtəlif adlarla nəşr olunan “Şəfəq” qəzeti özünəməxsus dəst-xətti ilə seçilib. Yaradıcı kollektiv hadisə və proseslərə daim peşəkar yanaşma tərzi nümayiş etdirib. Fərəhləndirici haldır ki, bu illər ərzində qəzetin 8300-ə yaxın nömrəsi çapdan çıxıb. Qəzetin belə şərəfli yol keçməsində müxtəlif illərdə onun redaktorları olan Hüseynağa Məmmədbəyli, Qafar Rəcəbli, Nağı Cəfərov, Hüseynqulu Kazımlı, Mövlud Qonaqov, Əlihadı Kərimov, Camal Balayev, Mahmud Ağalarov, Məmmədpaşa Mirzəyev, Nadir Xəlilov və Elmira Aşurovanın xidmətləri əvəzsizdir.

Tədbir çərçivəsində regionda çalışan bir sıra jurnalistlər Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının fəxri fərmanları ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.