CƏMİYYƏT


Qubada yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi avqustun 16-da nazirliyin digər qurumlarının iştirakı ilə Quba Rayon İcra Hakimiyyətində “Yanğınların qarşısının alınması və sayının azaldılması yolları” mövzusunda seminar-müşavirə keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyət istiqamətləri”, “Havaların isti keçməsi ilə əlaqədar meşə təsərrüfatlarında yanğınların qarşısının alınması, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi”, “Şimal Regional Mərkəzi ilə Quba Rayon İcra Hakimiyyəti arasında qarşılıqlı fəaliyyət planının əhəmiyyəti”, “Yay mövsümündə yanğınların söndürülməsinə maneçilik törədən səbəblər və onların aradan qaldırılması yolları” kimi mövzularda məruzələr dinlənilib, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Sonda mövzulara dair videoçarx və fotoslaydlar nümayiş olunub, yanğın və texniki təhlükəsizlik qaydalarına aid yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.