REGİONLAR


Qubanın ucqar ərazilərində yaşayan ailələrə ilkin tibbi yardım ləvazımatları paylanılıb

Quba, 23 iyun, Elxan Yusifli, AZƏRTAC

Qubanın ucqar dağlıq və dağətəyi ərazilərində yaşayan 100 ailəyə ilkin tibbi yardım ləvazımatları paylanılıb.

AZƏRTAC xəbər verir ki, “Quba rayonun dağlıq və dağətəyi ərazilərdə məskunlaşan əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı” layihəsindən üç ay ərzində rayonun Cimi, Əlik, Xanagah, Xaltan, Qarxun, Möhüç, Susay, Söhüb, Yerfi, Yuxarı Tüləkəran kəndlərinin hər birindən 10 ailə faydalanıb.

Həmin ailələrə termometr, tanometr, bint, pambıq, yod, zelyonka kimi dərman preparatları və tibbi ləvazimatlar təqdim olunub.

Bununla yanaşı, layihə çərçivəsində ailələrə həkim tərəfindən sağlamlıqlarının qorunması üçün vacib məlumatlar verilib.

Layihə ilə bağlı Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzində müzakirələr aparılıb. İştirakçılara layihənin nəticələrini özündə əks etdirən broşürlər təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.