CƏMİYYƏT
Qurbanlıq heyvanların satış ünvanları açıqlandı
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaqdır.
Satış yarmarkaları oktyabrın 4-5-də keçiriləcəkdir.
Qurbanlıq heyvanlar Qaradağ rayonunun Lökbatan qəsəbəsi, “Meyvəli" bazarının yanı; Sahil qəsəbəsi, mədəniyyət evinin yanı;
Səbail rayonunun Bibiheybət yolu, "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanı; 20-ci sahə dairəsi, ticarət cərgəsinin arxasındakı boş sahə; Yasamal rayonunun Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti; Binəqədi rayonunun 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi; Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, "Zəngəzur" şadlıq evi ilə üzbəüz; Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (bələdiyyənin qarajı); Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, qəsəbənin mərkəzi; Nərimanov rayonu Əliyar Əliyev küçəsi, 26, F.X.Xoyski prospekti ilə kəsişmədə; Nizami rayonunun R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, "Neolit" restoranının yaxınlığında; Xətai rayonunun Nobel prospekti, "Nargilə" kafesinin yanı; M.Hadi küçəsi, Ukrayna dairəsində; Mehmandarov küçəsi, 72, elektrik yarımstansiyasının yaxınlığında; Sabunçu rayonunun Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı; Sabunçu qəsəbəsi, şəhər şosesi, “ABU” yanacaqdoldurma məntəqəsinin yanı; Suraxanı rayonunun Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, tikiş sexinin yanı; Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı; Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı; Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi Xəzər rayonu Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 9, (yolun solu); Qala qəsəbəsi, Dəmiryolçular küçəsi 41, (Qala bələdiyyəsinin inzibati binasının qarşısı); Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 3 ünvanlarında satılacaqdır.