CƏMİYYƏT


Qusarda polisin xeyirxah addımı vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib

Bakı, 26 may, AZƏRTAC

Bir müddət öncə əsən güclü külək və yağan leysan yağışları Qusarın dağ kəndlərindən olan Kuzunda evlərə, təsərrüfatlara xeyli ziyan vurub. İyirmiyədək evin damı yararsız hala düşüb, kəndə gedən yol üstündəki körpü uçub dağılıb. Sakinlərin rayon mərkəzinə gediş-gəlişi çətinləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərazidə xidmət aparan Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin əməkdaşları da bu təbii fəlakətin kəndə vurduğu ziyanın aradan qaldırılması üçün əllərindən gələni əsirgəməyiblər.

Polis bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmov sakinlərlə görüşərək təbii fəlakətin nəticələrinin aradan qaldırılmasının və görüləcək işləri müzakirə edib.

Şəxsi heyətin müvafiq tədbirlərin görülməsi üçün könüllülük prinsipi əsasında yığdığı vəsait hesabına alınan inşaat materialları ilə kəndə gələn yolun üstündəki körpü və yolun 175 metrlik hissəsi tezliklə bərpa olunub, 20-yə yaxın evdə və kənd qəbiristanlığında təmir-bərpa işləri davam etdirilir.

Vətəndaşlar polisin bu xeyirxah təşəbbüsündən və əməlindən məmnun qalıblar və bu nəcib addımı yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.