RƏSMİ XRONİKA
RUS MƏTBUATININ V ÜMUMDÜNYA KONQRESİNİN İŞTİRAKÇILARINA VƏ QONAQLARINA
Rus mətbuatının V Ümumdünya konqresinin iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram. Sizin mötəbər forumunuz Rusiyanın, Azərbaycanın və dünyanın bir çox dövlətlərinin jurnalistlərini, siyasətçilərini və ictimai xadimlərini birləşdirmişdir. Bu forum Rusiyanın və xarici ölkələrin rusdilli nəşrlərində işləyən rəhbərlərini və redaktorlarını geniş, çoxsahəli müzakirələr aparmaq üçün bir yerə toplamışdır. Odur ki, sizin konqresinizdə təkcə peşə məsələlərindən deyil, həm də humanitar problemlərdən, təhsil, mədəniyyət problemlərindən də söhbət gedəcəkdir.
Belə müxtəlif səpkili dialoq bu gün xüsusilə aktualdır. Sevindirici haldır ki, bu dialoq Rusiyanın çoxdan dostluq və mehriban qonşuluq münasibətləri ilə bağlı olduğu Azərbaycanın paytaxtında keçirilir.
Əminəm ki, bu cür təcrübə mübadiləsi dövlətlərarası əlaqələrin inkişafına və əlbəttə, birbaşa insani ünsiyyətlərin qaydaya salınmasına bundan sonra da kömək edəcəkdir.
Konqresin iştirakçılarına səmərəli iş, xaricdəki rusdilli mətbuatın bütün nümayəndələrinə isə uğurlar, firavanlıq və yaradıcılıq nailiyyətləri arzulayıram.
Vladimir Putin,
Rusiya Federasiyasının Prezidenti
Moskva.