İQTİSADİYYAT


Rəsmi Ər-Riyad: İran razılaşarsa neft hasilatını azalda bilərik

A+ A

Bakı, 23 sentyabr, Nihad Budaqov, AZƏRTAC

İran gündəlik neft hasilatını hazırkı səviyyədə - 3,6 milyon barreldə “dondurmağa” razılıq verərsə, Səudiyyə Ərəbistanı da hasilatı azaltmağa razı olacaq.

AZƏRTAC “reuters.com”a istinadla xəbər ki, bu təklif rəsmi Ər-Riyaddan gəlib. İran tərəfi isə hələlik bu təklifə cavab verməyib.

Xatırladaq ki, avqust ayında Səudiyyə Ərəbistanı ümumilikdə xam neft və neft məhsulları istehsalını gündəlik orta hesabla 12,6 milyon barrelə, ötən günlərdə İran isə neft ixracını sanksiyalardan əvvəlki dövrdəki səviyyəyə - gündəlik 2 milyon barrelə çatdırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.