CƏMİYYƏT


Respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığına start verilib

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı keçirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

Aylıq ərəfəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılacaq. Hadisələrin başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.