CƏMİYYƏT


Respublika ərazisində “Təmiz hava” aylığına start verilib

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-dən 31-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirir.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, “Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosferin çirklənməsinə nəzarətin gücləndirilməsi və avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə atmosferin çirkləndirilməsinin qarşısının alınmasıdır.

Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.