İQTİSADİYYAT


Rəşt-Qəzvin dəmir yolu xətti gələn il istismara veriləcək

A+ A

Tehran, 18 noyabr, AZƏRTAC

Qəzvin-Rəşt dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin əsasını təşkil edir və 2017-ci ilin avqustunda istismara veriləcək.

Bu fikri İranın Planlaşdırma və İdarəetmə İdarəsinin rəisi Məhəmməd Bağeri İRNA xəbər agentliyinə verdiyi müsahibəsində deyib.

O bildirib ki, Prezident Həsən Ruhani bu layihənin reallaşmasına böyük önəm verir və yolun inşası onun Prezident olduğu dövrdə başa çatacaq.

Qeyd etmək lazımdır ki, Rəşt-Qəzvin dəmir yolunun davamı olacaq Qəzvin-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də inşa ediləcək və bu, İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək. İki qonşu və dost ölkənin dəmir yolları xətlərinin birləşməsi İran mallarının Avropaya ixracına imkan yaradacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.