İDMAN


Robert Vişoiu: Azərbaycandakı yarışı səbirsizliklə gözləyirəm

Buxarest, 21 iyun, AZƏRTAC

Formula-2 yarışının İspaniyanın “Campos Racing” komandasının pilotu rumın əsilli Robert Vişoiu Bakıda keçiriləcək Formula-2 mərhələsində iştirak edəcək.

Robert Vişoiu AZƏRTAC-ın Rumıniyadakı müxbirinə verdiyi müsahibədə Azərbaycandakı yarışı səbirsizliklə gözlədiyini bildirib. Pilot Bakı halqasını diqqətlə araşdırdığını və birinci yeri tutacağına ümid etdiyini vurğulayıb. O, Bakı halqası ilə yeni tanış olan pilotlar üçün bu trassın çətin olacağını deyib.

Pilot bildirib ki, Azərbaycan qədim tarixə, füsunkar təbiətə, yüksək inkişaf tempinə malik turizm ölkəsidir. R.Vişoiu ölkəmizə səfərini səbirsizliklə gözlədiyini və Bakıdan xoş təəssüratlarla qayıdacağına əmin olduğunu söyləyib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.