İQTİSADİYYAT


Rövnəq Abdullayev: Azərbaycandakı transmilli kəmərlərin uzunluğu 9 min kilometrə çatdırılacaq

Bakı, 18 may, AZƏRTAC

Azərbaycanda istismar edilən transmilli kəmərlərin ümumi uzunluğu 9 min kilometrə çatdırılacaq.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunu Pekində “Bir kəmər - bir yol” konsepsiyası çərçivəsində neft-qaz əməkdaşlığı mövzusunda keçirilən “dəyirmi masa”nın birinci sessiyada SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Transmilli magistral neft-qaz kəmərləri və qarşılıqlı infrastruktur əlaqəsi” mövzusunda məruzəsində deyib.

R.Abdullayev bildirib ki, hazırda Azərbaycanda istismar edilən transmilli kəmərlərin ümumi uzunluğu 5 min 500 kilometrdən çoxdur. Tikilməkdə olan obyektləri nəzərə almaqla kəmərlərin ümumi uzunluğu 9 min kilometrə çatdırılacaq.

O qeyd edib ki, Azərbaycanın nümunəsində magistral neft-qaz kəmərləri strategiyasının düzgün seçiminin iqtisadi artımın lokomotivi ola biləcəyi aydın görünür. Azərbaycan transmilli magistral boru kəmərlərinin yeni Böyük İpək Yolunun əsas elementinə çevriləcəyinə və bunun əldə ediləcək mənfəətin karbohidrogen istehsalçıları, tranzitçiləri və istehlakçıları arasında ədalətlə bölüşdürülməsinə zəmanət verəcəyinə əmindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.