DÜNYA


Rusiyadan Türkiyəyə ilk çarter uçuşlar sentyabrın 2-də başlayacaq

A+ A

Bakı, 29 avqust, Nihad Budaqov, AZƏRTAC 

Rusiyadan Türkiyəyə ilk çarter uçuşlar sentyabrın 2-də başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Birliyi məlumat yayıb. Bildirir ki, təxminən 15 Rusiya aviaşirkəti Türkiyəyə çarter uçuşlar həyata keçirməyə hazırlaşır.

Xatırladaq ki, Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev avqustun 28-də ölkəsindən Türkiyəyə çarter uçuşlarına qoyulan qadağanın ləğv edilməsi barədə qərar imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.