ELM VƏ TƏHSİL


Rusiyalı alimlər Azərbaycan faunasına dair materiallar toplayacaqlar

Bakı, 30 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının İ.D.Papanin adına Daxili Suların Biologiyası İnstitutu arasında birgə tədqiqatların aparılması məqsədilə müqavilə imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, müqaviləyə əsasən Daxili Suların Biologiyası İnstitutunun balıqların ekologiyası və su onurğasızlarının biologiyası laboratoriyalarının bir qrup əməkdaşı mayın 26-dan iyunun 25-dək Azərbaycanın su hövzələrində ekspedisiyada olacaqlar.

Ekspedisiya müddətində Azərbaycan faunasında rast gəlinən balıqlara və suda yaşayan onurğasız heyvanlara dair materiallar toplanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.