İQTİSADİYYAT


“SOCAR Methanol MMC” beş ayda 70,2 min ton metanol istehsal edib

Bakı, 1 iyun, Nihad Budaqov, AZƏRTAC

“SOCAR Methanol MMC” bu ilin yanvar-may aylarında 70,2 min ton metanol istehsal edib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, “SOCAR Methanol” fasiləsiz istehsal prosesini təmin etmək məqsədilə qısa zaman kəsiyində istehsal sahəsini optimallaşdıraraq cari ilin bu gününədək 70 min 252 ton metanol istehsalına nail olub.

Metanolun mühüm aralıq kimyəvi maddələrindən biri olması və ona olan tələbatın getdikcə artması fonunda gələcəkdə zavodun istehsal potensialının artırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.