ELM VƏ TƏHSİL
“SÜLH MƏDƏNİYYƏTİ TƏHSİLİ GENDER PERSPEKTİVİNDƏN” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova təcavüzkar Ermənistanın yaratdığı Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən xalqımızın müharibə dəhşətlərini öz taleyində bu gün də yaşadığını vurğulayaraq, sülh mövzusunun ölkəmizin əhalisi, hər bir soydaşımız üçün önəmli olduğunu söyləmiş və təqdim edilən kitabın
sülh mədəniyyətinin geniş təbliğində, bu istiqamətdə maarifləndirmə işində dəyərli mənbə olduğunu bildirmişdir. Ombudsman insan hüquqları və sülh tədrisi məsələlərinə gender baxımından yanaşmada və təcrübədə həmin əsərin faydalı olacağını vurğulamışdır.
YUNİFEM layihəsinin milli əlaqələndiricisi Gülşən Paşayeva “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” layihəsinin sülh mədəniyyəti, eləcə də qadınların həmin prosesdə rolunun dərk olunması və öyrənilməsi, bu istiqamətdə təşəbbüslərin irəli sürülməsində mühüm əhəmiyyət kəsb etdiyini söyləmiş, təqdim olunan kitabı yüksək dəyərləndirmişdir.
YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi Ramiz Abutalıbov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun şöbə müdirləri, professorlar Əli Abbasov, Rəfiqə Əzimova, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva və başqaları çıxış edərək kitabın ictimai-siyasi dəyərlərindən söz açmış, məziyyətləri barədə danışmışlar.
Tədbirdə ölkəmizdə sülh mədəniyyətinin təbliği ilə bağlı təkliflər irəli sürülmüşdür.