CƏMİYYƏT
Sabah ölkə ərazisində dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, havanın temperaturunun gecə 22-25°, gündüz isə 30-35° isti olacağı gözlənilir.
Bölgələrimizdə də hava şəraiti yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 19-24°, gündüz 35-40° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 25-30° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 20-25°, gündüz 32-37° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 18-23°, gündüz 29-34° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz hava şəraiti mövcud olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da havanın yağmursuz keçəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-25°, gündüz 32-37°, dağlarda gecə 16-21°, gündüz isə 25-30° isti olacağı gözlənilir.