CƏMİYYƏT


Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə  Reabilitasiya Mərkəzinə dörd əlil qəbul olunub

Bakı, 1 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud gənclərin mübadilə proqramı həyata keçirilir.

Nazirlik yanında 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, proqrama əsasən qardaş Türkiyədən olan sağlamlıq imkanları məhdud dörd gənc və onlara rəhbərlik edən dörd nəfər mərkəzə qəbul olunub. Gənclər peşə ixtisasına yiyələnmək üçün mərkəzdəki kurslarda iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.