REGİONLAR


“Saloğlu” Mebel Fabrikində yeni layihələr icra olunur VİDEO

A+ A

Ağstafa, 24 oktyabr, Famil Quliyev, AZƏRTAC

Müasir mebel istehsalçıları içərisində özünəməxsus yeri olan Ağstafadakı “Saloğlu” mebel fabriki qərb bölgəsində ən böyük istehsalçılardan biri olmaqla yanaşı, həm də yeni avadanlıqların və texnoloji xətlərin quraşdırılması sahəsində seçilir.

AZƏRTAC xəbər verir ki, müasir mebel dəstlərinin istehsalının tənzimlənməsi üçün “Modern Mebel Fabriki” müəssisəsində Almaniya və İtaliya avadanlıqlarından istifadə etməklə ağacyonqarlı lövhələrin, laminatların kəsim və montaj, mebellər üçün dəmir hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkas və yay istehsalı, dəri və parça üzlüklərin, çarpayılar üçün döşək istehsalı, yumşaq mebellərin, yataq otağı və qonaq otağı mebel dəstlərinin istehsalı sahəsi yaradılıb.

Bu istehsal müəssisələrinin yaradılması nəticəsində fabrikdə 200 yeni iş yeri açılıb.

“Saloğlu” mebel fabriki istehsalını və satış imkanlarını genişləndirməklə yanaşı, yeni bir müəssisənin və bir sıra sosial obyektlərin tikinti layihəsinin icrasına başlayıb.

İstehsal olunan məhsulların həm daxili, həm də xarici bazarda satışı nəzərdə tutulur.

Bu layihənin həyata keçirilməsi ilə 2500 yeni iş yerinin açılması planlaşdırılır. Bu məqsədlə də fabrikdə yeni layihələrin icrası istiqamətində işlər sürətlə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.