REGİONLAR


Salyanda şəhid Aqil Kərimovun xatirəsi anılıb

A+ A

Salyan, 1 dekabr, Mahir Babayev, AZƏRTAC

İşğal altındakı torpaqlarımızın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Aqil Kərimovun xatirəsi onun adını daşıdığı məktəbdə anılıb.

AZƏRTAC xəbər verir ki, Salyanın Boranıkənd kənd ümumi orta məktəbində keçirilən mərasimdə təhsil ocağının kollektivi, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə kəndin ilk şəhidi Aqil Yadigar oğlu Kərimovun qısa, lakin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, rayonun Boranıkənd kəndində doğulan Aqil Kərimov 1992-ci ilin əvvəlində ön cəbhəyə yola düşüb. Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Aqil 1992-ci il noyabrın sonunda Füzulinin Əmralılar kəndi uğrunda gedən döyüşdə 19 yaşında şəhid olub. Onun adı məzunu olduğu Boranıkənd kənd ümumi orta məktəbinə verilməklə əbədiləşdirilib.

Sonda şəhidin ailə üzvləri Aqilin xatirəsinə göstərdikləri ehtirama görə tədbirin təşkilatçılarına minnətdarlıq ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.