REGİONLAR
Samux rayonunda qaz təsərrüfatının payız-qış mövsümünə hazırlığı davam edir
Rayon qaz istismarı sahəsinin qəza xidmətinin rəisi Ayaz Quliyev AZƏRTAC-a bildirib ki, 1 şəhər, 35 kənd və qəsəbənin “mavi yanacaq”la təminatını həyata keçirən kollektiv artıq 13 min 858 abonentin mənzilində sayğaclaşma işini tam başa çatdırıb. Ziyadlı, Qovlarsarı, Əhmədbəyli, Ağasıbəyli, Qiyaslı və Tatılı kəndlərində daşıyıcı qaz xətlərində müvafiq təmir işləri aparılaraq sızma hallarının qarşısı alınıb. Xüsusilə payız-qış mövsümündə “mavi yanacaq”la təminatda fasilələrin olmaması üçün daşıyıcı və məhəllədaxili xətlər nəzarətdən keçirilərək, əhali arasında maarifləndirmə işləri aparılır. Eyni zamanda, rayon ərazisində yeni salınan yaşayış massivlərində və Kür çayının sol sahilindəki kəndlərin təbii qazla təminatı üçün hazırlıq işləri davam etdirilir.