CƏMİYYƏT


Savanna fillərinin populyasiyası hər il 8 faiz azalır

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Savanna fillərin populyasiyası hər il 8 faiz azalır ki, bu da onların nəslinin kəsilməsini yaxınlaşdırır.

AZƏRTAC ecoportal.su saytına istinadla xəbər verir ki, beynəlxalq alimlər komandası üçillik araşdırma apararaq bu qənaətə gəliblər. Hazırda planetdə savanna filləri ən iri məməlilərdən sayılır. Məhz buna görə onlar daha çox ovlanır. Xüsusilə tədqiqatçılar bildiriblər ki, bu heyvanların ölüm səviyyəsi doğum səviyyəsindən çox yüksəkdir.

Alimlərin fikrincə, ölüm səviyyəsi hətta qoruqlarda yaşayan fillər arasında da yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.