İQTİSADİYYAT


“Səba” şirkəti: “Səba” ət-süd dükanları şirkətin böyük diqqət  verdiyi halallıq prinsiplərinin ifadəsidir

Bakı, 2 iyun, AZƏRTAC

İsti yay günlərində təzə ət məhsulları istəyənlər üçün “Səba” dükanları böyük əhəmiyyət daşıyır. Ət məhsulu alarkən etibarlı yerlərdən götürülməsi çox vacibdir. Xüsusilə, quş ətinin markalanması böyük əhəmiyyət daşıyır. Buna görə də açıq şəkildə çəki ilə quş əti almaq istəyənlər üçün “Səba” ət-süd dükanları çox münasibdir. Tanınmış, sınanılmış brend olmaqla yanaşı, “Səba” dükanları bu gün 90-a yaxın mağaza ilə ölkədə ən geniş monobrend mağazalar şəbəkəsi hesab oluna bilər. Bunu AZƏRTAC-a “Səba” şirkətinin media ilə əlaqələr bölməsindən bildiriblər.

“Səba” üçün halallıq təkcə quşların şəriət qaydalarına uyğun kəsilməsi deyil. Bizim üçün halallıq bütün istehsal prosesi boyu riayət edilməsi gərəkən şərtdir. Toyuqların özümüz yetişdirdiyimiz yemindən tutmuş, dükanımızda satıcının çəkidə hesabına qədər biz bu halallığı qoruyuruq”, – deyə şirkətdən bildirilib.

İsrafın haram buyurulduğu dinimizə uyğun olaraq, “Səba” ət-süd dükanlarında hər kəs gündəlik ehtiyacına uyğun qədər quş əti ala bilər. İstər bütöv, qablaşdırılmış toyuq, istərsə də toyuğun müxtəlif hissələri “Səba” dükanlarında təqdim olunur. Hətta iri supermarketlərdə bəzən tapılmayan toyuq tikələri mütləq “Səba” dükanlarında olur.

“Səba” dükanlarının ideyası “təzə-təzə” prinsipidir. Burada yalnız təzə ət təqdim olunur və quş əti günün sonunadək satılmasa növbəti günə saxlanılmır. Dükanlar hər biri sanki müxtəlif şəxslərin idarə etdiyi ayrıca mağazalardır: “Biz həmin dükanları onların satıcılarına işlətməyə vermişik. Əksəriyyəti qadın olan bu bacarıqlı işçilər o dükanların bütün yükünü daşıyırlar. Amma biz də öz növbəmizdə satıcıların peşəkarlığına diqqət edirik, onlar üçün təlimlər keçiririk, hazırlayırıq. Çünki “Səba” dükanlarının satıcıları sıravi satıcı deyil, həm də öz mağazalarının satış müdiridirlər, qərarvericisidirlər”.

Bu müqəddəs Ramazan ayında “Səba” şirkəti evlərə bolluq və halallıq, elimizə əmin-amanlıq arzulayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.