CƏMİYYƏT


Səbail rayonunda söküntü aparılan əraziyə baxış zamanı 59 patron aşkarlanıb VİDEO

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Bakının Səbail rayonunda İçərişəhər, 1-ci Qəsr döngəsi 58 ünvanında söküntü aparılan əraziyə baxış keçiriblər.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, baxış zamanı tikintinin qalıqları altından müxtəlif çaplı 59 patron (9 ədəd 7,62 millimetrlik LPS, 5 ədəd 9 millimetrlik “Naqan” markalı tapança patronu və 45 ədəd 11 millimetrlik “Smith & Wesson Revolver” markalı tapança patronu) aşkarlanaraq götürülüb. Nəticədə 35 kvadratmetr ərazi yoxlanılıb.

Agentlik tərəfindən yanvarın 1–dən iyulun 28-dək 5849 partlamamış hərbi sursat, tank əleyhinə 194, piyada əleyhinə 31 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 694 min 727 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.