Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qısa vaxtda böyük inkişaf yolu keçib

Zaqatala-İsmayıllı-Abşeron-Ağdam-Lerik, 13 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının beşinci ildönümü münasibətilə fevralın 13-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən təntənəli mərasimin iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SHXÇDX-nın beş illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasətinin tələb olunan səviyyədə icrasının təmin edilməsində SHXÇDX-nın rolunu xüsusi vurğulayan icra hakimiyyətinin başçısı Xidmətin rayon şöbəsinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ramil İsmayılov Xidmətin ötən beş ildəki fəaliyyətinə qısa nəzər salıb, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən bəhs edib.

Yubiley tədbirində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Natiq Məmmədovun atası Bəşir Məmmədov, Qarabağ müharibəsi veteranı Telman Ramazanov və başqaları çıxış edərək, ordumuzun ötən ilin aprel döyüşlərində qazandığı qələbədən qürur hissi keçirdiklərini, son günlər düşmənin təxribatlarının qarşısını alarkən əsgərlərimizin göstərdiyi qəhrəmanlığı alqışladıqlarını, işğal altından olan torpaqlarımızın azad edilməsində Silahlı Qüvvələrimizin gücünə ürəkdən inandıqlarını bildiriblər.

Tədbirin sonunda xidmətdə fərqlənənlərə mükafatlar təqdim edilib.

X X X

İsmayıllıda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü təntənəli surətdə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov açıb. Beş ildə keçilən uğurlu yoldan danışan X.Bədəlov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun rayon şöbəsi səfərbərlik işinin təşkili, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və həqiqi hərbi xidmətə cəlb edilməsi, ordu quruculuğu sahəsində mühüm rol oynayır.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Birliyi rayon filialının sədri, ehtiyatda olan polkovnik Əlaləm Babayev, “Çağırışaqədərki hazırlıq fənni” üzrə 6 saylı tam orta məktəbin müəllimi Əsgər Manafov, Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Kamil Dadaşov Xidmətin rayon şöbəsinin kollektivini təbrik edib, qurumun beş ildə keçdiyi şərəfli yoldan danışıblar.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Dövlət Xidmətinin fəaliyyətini yüksək qiymətləndirib.

Sonra rayon şöbəsinin əməkdaşlarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin fəxri fərmanları təqdim olunub.

İkinci Dünya müharibəsi veteranları Niyaz Ağayevə və Həsənalı Aslanova pul mükafatı verilib.

Təntənəli yığıncaqda ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərini əks etdirən film nümayiş olunub.

X X X

YAP Zərdab rayon təşkilatının binasında keçirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının beşinci ildönümünə həsr edilən tədbirdə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, rayon rəhbərləri, icra strukturları, veteranlar və gənclər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Xidmətinin beş illik yubileyinə həsr olunan videoçarx nümayiş etdirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Həsənov çıxış edərək qurumun keçdiyi uğurlu yoldan, ordumuzun möhkəmləndirilməsindəki fəal iştirakından, gənclərin hərbi vətənpərvərlik tərbiyəsindəki xidmətlərindən danışıb.

Polkovnik-leytenant E.Həsənov, eləcə də digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun keçdiyi şanlı yoldan danışıblar. Çıxışlarda, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ordumuzun formalaşmasında, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində rolundan bəhs edilib. Vurğulanıb ki, bu gün respublikamızın hər yerində, o cümlədən Zərdabda gənclərin hərbi xidmətə yola salınması mərasimi bayram əhvali-ruhiyyəsi ilə keçir.

Tədbirdə şəhid atası Zabit Hacıyevə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin xatirə hədiyyəsi verilib.

X X X

Xırdalanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının beş illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yubiley tədbirində Dövlət Xidmətinin 5 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük inkişafın əldə edildiyini vurğulayıb. İ.Gülməmmədova rayonda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində görülən işlərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan da danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Vüsal Babayev bildirib ki, ötən 5 ildə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm nəticələr əldə edilib. O qeyd edib ki, ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədov, şəhid atası Firuz Xudaverdiyev, Qarabağ veteranı Rəşad Qafarov, Xırdalan şəhər 4 saylı məktəbin hərbi rəhbəri Sabir Şirinov və Qobu 2 saylı məktəbin hərbi rəhbəri Məhəbbət Qasımov çıxış edərək Dövlət Xidmətinin rayon şöbəsinin kollektivinə uğurlar arzulayıblar.

Sonra fəaliyyətində fərqlənən 23 nəfərə fəxri fərman və pul mükafatları təqdim edilib.

Sonda Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri konsert proqramı ilə çıxış edib və rayon Mədəniyyət Evinin hazırladığı “Əsgər Gedirəm Ana” adlı tamaşa nümayiş olunub.

X X X

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından beş il ötür. Ötən dövrdə Xidmət səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlıq istiqamətində mühüm nəticələr əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə danışılıb.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəis əvəzi Elxan Feyziyev, Qarabağ müharibəsi veteranı Baxşeyiş Hətəmli çıxış edərək, Dövlət Xidmətinin əməkdaşlarını təbrik edib, işlərində uğurlar arzulayıblar.

Çıxışlarda Dövlət Xidmətinin ötən dövrdəki fəaliyyəti, ordu quruculuğu prosesinin təkmilləşdirilməsində rolu yüksək qiymətləndirilib.

X X X

Fevralın 13-də Lerik Rayon İcra Hakimiyyətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının beşinci ildönümü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda SHXÇDX Lerik rayon şöbəsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Mirzəliyevin Xidmətin yaranmasının beşinci ildönümü ilə bağlı məruzəsi dinlənilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Respublika Hərbi Komissarlığı, şəhər və rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılıb, müvafiq qanunvericilik bazası təkmilləşdirilib, hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sistemi işə düşüb.

Bildirilib ki, SHXÇDX Lerik rayon şöbəsi təhsil şöbəsi ilə birgə orta ümumtəhsil məktəblərində hərbi dərslərin keyfiyyətinin yüksəldilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılması, ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Gənclərin hərbi xidmətə yola salınması təntənəli şəkildə, bayram əhvali-ruhiyyəsində təşkil olunur.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov SHXÇDX Lerik rayon şöbəsinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirdiyini qeyd edən R.Bağırov ölkəmizdə ordu quruculuğuna, hərbçilərə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğı, ordumuzun ən müasir silah-sursatla təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin xalqımızda vətənpərvərlik hissini daha da artırdığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən şəhid atası Əlizahir Müslümov, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, Qarabağ müharibəsi veteranı Bulud Əliyev düşmən tapdağı altında olan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyinə əminliyini bildiriblər.

Sonda SHXÇDX Lerik rayon şöbəsinin əməkdaşlarının bir qrupuna fəxri fərmanlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru

Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir