CƏMİYYƏT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Bakıda məcburi köçkünləri qəbul edəcək

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov dekabrın 22-də saat 10:00-da Xidmətin Aparatının inzibati binasında Şuşa, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər və Xocalı rayon sakinlərinin qəbulunu keçirəcək.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların dekabrın 19-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.