Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səfil və uğursuz "uşaq": Ermənistan prezidentinin özünü ifşa etməsi

Səfil və uğursuz

Serj Sarkisyan nəinki dünya, heç regional səviyyədə belə ciddi siyasətçi obrazına malik deyil. Onun hansısa konkret geosiyasi məsələdə faydalı fikir söylədiyini eşidən olmayıb. Aprel ayında Azərbaycan Ordusunun yaxşıca "kötəyini yedikdən" sonra isə o, psixoloji pozuntuya uğrayıb. Ayıq olanda elə sarsaqlayır ki, normal adam heç yuxuda o cür axmaq şeylər söyləməz. Almaniyanın "sarı" nəşri olan "Bild"ə verdiyi müsahibədə və Çexiya prezidenti ilə görüşdə ifadə etdiyi fikirlərdə erməni lider bir daha sübut etdi ki, "özünüifşa texnologiyası"ndan başqa bir biliyə sahib deyil. Hər kəsin bildiyi faktları təhrif olunmuş formada kosmosdan ona gizli ötürülən həqiqətlər kimi təqdim etməyə cəhdlər etməkdən əl çəkmir. Doğrudan, bu cırtdan adam nə vaxtsa "Ginessin rekordlar kitabı"na düşə bilər. Onu "dünyanın ən qüsurlu adamları – belə olmayın" bölməsində birinci sırada göstərmək olar. Burada ancaq bir söz qalır: "vay sənin halına..."

Riyakarlığın yeni nümunəsi: Sarkisyanın sürətli deqradasiyası

Ermənistan prezidenti Serj Sarkisyanın qorxaq, riyakar və yalançı olduğunu bilənlər çoxdur. Dağlıq Qarabağda qatil terrorçu kimi bir müddət pis işlərlə məşğul olduqdan sonra, İrəvanda vəzifə kürsüsündə eyni əməllərini davam etdirir. Onu nə Ermənistanın daxili siyasi mühiti, nə də dünya siyasi dairələri tərbiyələndirə bilmir. Bunların səbəbləri vardır.

Çünki S.Sarkisyan biryolluq özünü axmaq yerinə qoyub, havadarlarının gizli göstərişləri ilə uşaq kimi hərəkət edir. Bütün dünyanın gözü qarşısında baş verənləri tamamilə yalan məzmunda təqdim etməyə çalışır ki, "yazıq erməni" obrazının ömrünü bir qədər də uzatsın. Dövlət başçısı olaraq S.Sarkisyanın bundan fərqli addımlarının olmadığını minlərlə faktlar təsdiq edir. Son olaraq onun Almaniyanın "Bild" nəşrinə verdiyi müsahibəsi və Çexiya prezidenti Miloş Zemanla keçirdiyi birgə mətbuat konfransında söylədikləri əyani sübutdur.

Alman jurnalistə müsahibəsində S.Sarkisyan öz psixoloji və mənəvi-əxlaqi ənənəsinə uyğun olaraq başdan-ayağa yalanlar uydurub. Onun bütün cümlələrində yalnız bir təhrikçi vurğu mövcuddur – "siz avropalılar Türkiyə və Azərbaycanı Ermənistana görə ittiham etməlisiniz, çünki ədalət və həqiqət yalnız ermənilərdə ola bilər" (bax: Серж Саргсян в интервью "Bild": Я не могу понять страх германских политиков перед Эрдоганом / "News.am", 1 iyun 2016).

Əvvəlcə bir məqama diqqət çəkək. "Bild" adı bir çox insanda təntənəli və Avropanın nüfuzlu qəzeti təəssüratını yarada bilər. Axı, son illərdə bizim cəmiyyətin bir kəsimində "xaricidirsə, hətta avropalıdırsa, deməli, yaxşıdır" kimi yanlış təsəvvürlər formalaşıb. Reallıqda Almaniyanın "Bild" və İngiltərənin "The Sun" qəzetləri ucuz və yalançı sensasiyalar axtaran nəşrlər kimi tanınırlar. Nəinki Qərbin, hətta bütün dünyanın şər-böhtan atanları, əsassız, lakin sensasiya yarada bilən qərəzli fikir söyləyənləri, müxtəlif sahələrdə baş verənləri riyakarcasına izah edənləri bu nəşrlərə müraciət edirlər.

S.Sarkisyanın da məhz "Bild"ə müsahibə verməsi tamamilə başa düşüləndir. Qədim yunan fəlsəfəsində bir məşhur fikir var: "hər şey öz oxşarına can atar"! Sarkisyan "Bild"ə, həmin qəzet-tabloid də erməni liderə yaraşırlar! Müsahibə üçün verilən şəkil də situasiyanı adekvat əks etdirir – Ermənistan prezidenti sifətindəki zəhrimarla inamsızlığı jurnalist Paul Ronshaymerin aurasına istiqamətləndirib ki, bu zavallı da onu qəbul etməyin zillətini çəkir! S.Sarkisyanın həmin pozada söylədikləri də bu səbəblərdən yalan və iyrəncliklərlə doludur.

Müsahibənin məzmununa gəldikdə isə, S.Sarkisyan bütün məqamlarda həqiqəti deyil, naşı adamların inana biləcəyi şeyləri ifadə etməyə çalışıb. Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın etibarlı tərəfdaş olmadığı barədə söylədikləri yalnız gülüş doğurur. Çünki təcrübə çox aydın göstərir ki, həmişə sözündən qaçan, şər-böhtanla məşğul olan məhz İrəvan rəsmiləri olub. Məsələn, Ermənistan nəyə görə BMT-nin qəbul etdiyi məlum 4 qətnaməni yerinə yetirmir? Rəsmi İrəvan niyə Azərbaycan torpaqlarını işğal altında saxladığını etiraf etmir? Ermənistanda neçə türk yaşayır, yaxud işləyir? Heç neçə. Türkiyədə isə 100 minlərlə erməni iş dalınca gəlib və onların birinə belə toxunan yoxdur. Siz, hansısa türkün İrəvanın küçələrində rahat dolaşa biləcəyini təsəvvür edirsinizmi? İndiki halda bu, mümkün deyil!

Primitivlik: erməni liderin irsi qüsuru

Bəs onda S.Sarkisyan hansı etibardan və səmimiyyətdən danışır? Rəhbəri olduğu ölkədə türk-müsəlman adına bu qədər nifrət, düşmənçilik hökm sürüsə, Ermənistanın münasibətləri düzəltmək üçün hər hansı addımı ata biləcəyindən danışmaq mümkündürmü? Bunun qarşılığında Azərbaycanda minlərlə erməni yaşayır, İranda onların hətta xüsusi imtiyazları var, Türkiyədə isə ermənilərin qəzetləri, təşkilatları, iş yerləri, şirkətləri mövcuddur, gəlmələr də işlə təmin olunur (təbii ki, dünyanın heç bir ölkəsində 100 faiz təminat yoxdur).

S.Sarkisyan bu faktların qarşısında utanmadan və qızarmadan deyir ki, ermənilər xristian dəyərlərini üç müsəlman dövlətindən qoruyur. İndi Ermənistan adlanan ərazidəki Azərbaycan mədəniyyət abidələrini məhv edib, dağıdan, onlar üzərində müxtəlif təhqiramiz hərəkətlər edən ermənilər deyilmi? Aşıq Ələsgərin, Aşıq Alının qəbirləri nə vəziyyətdədir? Azərbaycan qəbiristanlıqlarını kimlər talan ediblər? Azərbaycan maddi və mənəvi zənginliyinin məkanlarından olan Göyçədə daş-daş üstündə qalıbmı? Azərbaycan mədəniyyətinin beşiklərindən sayılan Şuşada mədəniyyət xadimlərinin büstlərini ermənilər təhqir etməyiblərmi? Heydər Əliyev Fondu erməni kilsəsini pulsuz qazla təmin edir, orada təmir işləri aparıb. Ermənistanın hansı fondu Azərbaycan mədəniyyətinin qorunması ilə bağlı addım atıb?

Bir nümunə belə tapa bilməzsiniz. İndi təsəvvür edin, bu qədər real faktların fonunda S.Sarkisyan adlanan bir separatçı-yalançı Azərbaycanı və Türkiyəni ittiham edir, ədalətdən, həqiqətdən danışır. Hər cümləsinin sonunda isə yalvarır – "bizi müdafiə edin, onları ittiham atəşinə tutun"! Əgər mayan təmizdirsə, niyə məhv olmaqdan qorxursan? Türkiyənin, yaxud Azərbaycanın dövlət başçısı kimlərinsə onların ölkəsini məhv edəcəyindən bir dəfə də olsun söz açıblarmı? Xeyr, çünki onların niyyəti safdır, məqsədləri məhv etmək deyil, əməkdaşlıq, mehriban qonşuluq, quruculuqdur, inkişafdır. Azərbaycan və Türkiyə rəhbərləri dünyanı xilas etməkdən, ədalətdən bəhs edirlər. Onlar müharibəyə, qarşıdurmaya deyil, sülhə çağırırlar.

Budur, S.Sarkisyan isə növbəti dəfə lap küçə uşağı kimi fikir bildirir. O, Çexiya prezidenti ilə bərabər keçirdiyi mətbuat konfransında həm faktları təhrif edir, həm də Azərbaycan Prezidenti haqqında reallıqdan uzaq fikirlər söyləyir (bax: məs., Надеюсь, это "мальчишество" – Серж Саркисян об Алиеве / "Lragir.am", 8 iyun 2016). İlham Əliyev isə yenə də təmkinlə, siyasi etiketi gözləyərək, lakonik cavab verir. Azərbaycan Prezidenti iyunun 8-də müsəlman ölkələrinin səfirlərini qəbul edərkən bu kontekstdə deyib: "Ermənistan prezidentinin və digər şəxslərin ucuz, nalayiq çıxışları riyakarlığın təzahürüdür" (bax: Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib / AZƏRTAC, 8 iyun 2016).

Çox gözəl və ibrətamiz cavabdır. Çünki İlham Əliyev Ermənistan prezidentinə əsl siyasi, ideoloji və əxlaqi dərs verib. Anladıb ki, küçə uşağı kimi qarayaxmalarla məşğul olmaqdansa, ciddi siyasi addımlar atmaq gərəkdir. Hər şeydən əvvəl ona görə ki, öz xalqını bada verirsən, Ermənistan adlanan qondarma dövlətin məhvinə aparan işlər görürsən. Ən əsası isə indi dediklərini nə vaxtsa, mühakimə olunacağın Azərbaycan məhkəməsində sübut etməyə çalışacaqsan. Təbii ki, bunu edə bilməyəcəksən, çünki dediklərin cəfəngiyatdır. Onda layiqli cəzanı mütləq alacaqsan! Bundan qaçış yoxdur!

Əslində, S.Sarkisyan və onun kimilərin bu cür məntiqsiz, əsassız və siyasətçi üçün qeyri-ciddi olan bir aspektdə danışmaları təsadüfi deyil. Onların real arqumentləri tükənib. Biz neçə ildir ki, Azərbaycan siyasi-diplomatik cəbhədə rəsmi İrəvanı sözün həqiqi mənasında qamçılayır. Ermənistan rəhbərliyinin siyasi kimliyində bu zərbələrdən "göyərməmiş" yer qalmayıb. Bu ilin aprel ayında qəhrəman Azərbaycan Ordusu eyni effektlə Ermənistan silahlı qüvvələrinə güclü zərbələr endirdi. Hazırda İrəvanın özünü üstün saya biləcəyi bir sahəsi belə yoxdur. Ona görə də bütün nifrətini başqa dövlətin siyasi liderlərinə istiqamətləndirməyə çalışırlar. Çünki onların güclü və uğurlu olduğunu bilirlər. Ermənistanın məğlubiyyətində İlham Əliyevin lider və dövlət başçısı kimi üstün keyfiyyətləri əsas rol oynayıb! Bu mənada S.Sarkisyan özünü əsl səfil və uğursuz uşaq kimi aparır.

Bütün bunları "sarı" "Bild"in jurnalisti bilmir? Bütün dünya bilir, lakin elə dairələr vardır ki, S.Sarkisyan kimi yalançı və böhtançıdan qısa müddətli siyasi-ideoloji məqsədləri üçün istifadə edirlər. Bu dəfə də belədir. Necə deyərlər, "birdəfəlik" istifadədən sonra "çölə atılacaq"!

Newtimes.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı